Azərbaycan millisinin üzvü məşqlərdən kənarlaşdırıldı

Azərbaycan millisinin üzvü Dəniz Yılmaz çıxış etdiyi "Bursaspor" komandasının məşqlərindən kənarlaşdırılıb. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı baş məşqçi Pol Le Quen qərar qəbul edib. 

Fransalı mütəxəssis D.Yılmazın tələblərinə cavab vermədiyini deyib. Hücumçunun qış transfer pəncərəsində göndəriləcəyi gözlənilir.