Azərbaycan parapauerliftinqçiləri Qaxda təlim-məşq toplanışına start veriblər
Azərbaycanın parapauerliftinq millisi martın 17-də Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.
Sportline.az xəbər verir ki, martın 31-dək davam edəcək toplanışda 7 idmançı iştirak edir.
Hazırlıq prosesinə Pərvin Məmmədov, Ceyhun Mahmudov, Rəsul Zəkiyev, Şamo Aslanov, Talib Zeynalov, Zəhra Dadaşova və Leyla Kərimova cəlb ediliblər.