Milli komanda qələbə ilə başladı

Bu gün Azərbaycan millisi 2017-ci ildə ilk oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Qətər seçməsi olub. 

Martın 26-da Almaniyaya qarşı keçiriləcək görüşə hazırlıq xarakteri daşıyan oyun Dohanın "Əl-Sadd" stadionunda oynanılıb.

Görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Xatırladaq ki, Qətərlə ilk duelimiz 2013-cü il mayın 29-da baş tutub. Həmin oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.


09 mart 2017
Beynəlxalq yoldaşlıq görüşü

Qətər – Azərbaycan - 1:2
QOLLAR:
Tərlan Quliyev, 51 (0:1); Baqer, 54 (1:1); Araz Abdullayev, 62 (1:2)
Doha. “Əl-Sadd” stadionu

Hakimlər: Ferens Karako, Peter Berettian, Balaş Buzas (hamısı Macarıstan), Saoud Al Athba (Qətər)

Azərbaycan: 23. Səlahət Ağayev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov, 3. Məhəmməd Mirzəbəyov, 26. Tellur Mütəllimov, 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev, 16. Cavid Hüseynov, 18. Ağabala Ramazanov, 9. Namik Ələskərov, 10. Ruslan Qurbanov

Ehtiyat oyunçular: 1. Şahrudin Maqomedaliyev, 12. Anar Nəzirov, 4. Tərlan Quliyev, 21. Arif Daşdəmirov, 29. Abbas Hüseynov, 7. Araz Abdullayev, 25. Urfan Abbasov, 27. Mahir Mədətov, 11. Rauf Əliyev, 8. Elvin Məmmədov

Baş məşqçi: Robert Prosineçki