Azərbaycan - San Marino görüşünün biletləri satışda

DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan – San Marino görüşünün biletləri satışa çıxarılıb. Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 4-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanın biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı) və 8-ci km qəsəbə stadionunun kassalarında əldə etmək mümkündür. Saat 20:00-da başlayacaq matçın biletlərini onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
VİP biletlərin qiyməti 25 manatdı. 1-ci kateqoriya biletləri 4, 2-ci kateqoriyalılar 1 manat olacaq.