Azərbaycan Slovakiyaya qarşı
Bu gün 21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna çıxacaq.
Sportline.az xəbər verir ki, komandamız "Nitra" stadionununda Slovakiyanın qonağı olacaq.
Millimiz 2-ci qrupda 7 oyundan sonra 6 xalla 4-cü, Slovakiya isə 6 oyundan sonra 6 xalla 5-ci pillədə qərarlaşıb. Komandaların Bakıdakı görüşündə milli 2-1 hesabı ilə qalib gəlmişdi.
8 oktyabr
AVRO-2021, seçmə mərhələ
18:30. Slovakiya – Azərbaycan
Baş hakim: Kristoffer Hagenes (Norveç)
Nitra. "Nitra" stadionu