Azərbaycan Tacikistanı məğlub etdi

III MDB Oyunları çərçivəsində futbol yarışlarına start verilib.

Sportline.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycanın U-16 millisi Tacikistanla qarşılaşıb.

Görüş Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 1:0.

Qolu 29-cu dəqiqədə Xəzər Hüseynzadə rəqib qapısından keçirib.

Qeyd edək ki, III MDB oyunlarında futbol yarışlarına oktyabrın 3-də yekun vurulacaq.