Azərbaycan idmançıları bu gün altı növdə çıxış edəcəklər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları altı növdə çıxış edəcəklər.

Sportline.azxəbər verir ki, ölkə təmsilçiləri ağırlıqqaldırma, voleybol, stolüstü tennis, muaytay, karate və üzgüçülükdə mübarizə aparacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Azərbaycan 29 mükafatla (4 qızıl, 9 gümüş, 16 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.

Türkiyə 68 medalla (43 qızıl, 24 gümüş, 11 bürünc) birincidir.