Azərbaycan UEFA reytinqində gerilədi
Avrokubokların pley-off mərhələlərinin ilk oyunları çərçivəsində keçirilən görüşlərdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasında "Nyukasl"a 1:6 hesabı ilə uduzub.
Hazırda Azərbaycan UEFA sıralamasında 22.937 əmsalla 27-cidir. Ölkəmiz əvvəlki sıralama ilə müqayisədə 1 pillə geriləyib.
26-cı pilləyə 23.343 əmsalla Sloveniya yüksəlib. 28-ci sıradakı Slovakiyanın isə 22.375 əmsalı var.
Siyahıya İngiltərə (112.352 əmsal) liderlik edir.