Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il ötür
99 il öncə yaranan Azərbaycan Xalq Cümhuriyyəti böyük tarixə malik Azərbaycan xalqının şah əsəri idi. Uzun müddət davam edən rus əsarətindən qurtulan bu torpağın həqiqi sahibləri öz dövlətlərini yaratmağa nail oldular. 1918-ci ilin 28 mayında Tiflis şəhərində, qarşıdurmaların yaşandığı, dünyada xaosun hökm sürdüyü bir vaxtda Azərbaycan Xalq Cümuhuriyyətinin yaradıldığı bəyan edildi. Həmin vaxt Bakı işğal altında olduğundan paytaxt Gəncə şəhəri elan olundu. Sentyabrın 15-də Bakıda Sentrokaspi Diktaturasına son qoyulduqdan sonra paytaxt Bakıya köçürüldü. Bundan sonrakı dövr daha məhsuldar alındı, bir-birinin ardınca mühüm qərarlar qəbul edildi və müsəlman şərqində ilk parlamentli respublika quruldu.
SportLine.az kollektivi Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik edir!