Azərbaycanda Cüdo Akademiyası açılıb

Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucov akademiya açıb.

Sportline.az xəbər verir ki, bu barədə Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı instaqram səhifəsi vasitəsilə paylaşım edib.

O, cüdo həvəskarlarını qeydiyyatdan keçməyə dəvət edib: “Sizə xoş xəbərimiz var. Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi Cüdo Akademiyası tezliklə xidmətinizdə olacaq. Dərslər Rüstəm Orucovun nəzarəti ilə peşəkar müəllimlər tərəfindən keçiriləcək”.

Akademiyada bütün yaş qruplarının olacağı vurğulanıb.

Qeyd edək ki, Rüstəm Orucov peşəkar karyerası ərzində bir dəfə Avropa çempionu, iki dəfə dünya ikincisi olub.