Azərbaycanda daha bir idman federasiyasının adı dəyişdirilib

Azərbaycan Yelkənli İdman Federasiyasının adı dəyişdirilib.

Sportline.az xəbər verir ki, bu barədə federasiyanın Ümumi Yığıncaq üzvü, MEDİA-nın direktoru Əhməd İsmayılov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qurum bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılacaq.

Qeyd edək ki, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib.