"Azərbaycandakı həkimlər məni əməliyyata qəbul etmədi"
"Neftçi"nin Türkiyənin Kayseri şəhərində əməliyyat olunan qapıçısı Aqil Məmmədov yerli mətbuata açıqlama verib.
Sportline.az haberton.com-a istinadən xəbər verir ki, 33 yaşlı qolkiper cərrahi müdaxiləyədək dizinin çox pis durumda olduğunu bildirib:
"Azərbaycandakı həkimlərə MRT nəticələrini göndərdik, amma heç biri əməliyyatı qəbul etmədi. Burada Sinan Karaoğlu bütün məsuliyyəti öz üzərinə götürdü və mənə kömək etdilər. Artıq 3 gün keçib və ayağa qalxa bilirəm. Ümid edirəm ki, həkimin və onun komandasının sayəsində yaşıl meydanlara daha tez qayıdacağam".
Qeyd edək ki, Aqil Məmmədov fevralın 24-də əməliyyat olunub.