Azərbaycanın cüdo hakimləri üçün seminar təşkil edilib
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyəti üçün seminar keçirilib.
Qurumdan Sportline.az-a verilən məlumata görə, tədbirdə yarışlar zamanı mübahisələrə səbəb olan epizodlar təhlil olunub.
Hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu haqqında geniş müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Seminarın təşkil olunması hakimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır.
ACF-nin təşkilatçılığı ilə gələcəkdə də hakimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.