Azərbaycanın daha bir cüdoçusu Böyük Dəbilqənin qalibi oldu
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirində daha bir Azərbaycan cüdoçusu qızıl medal qazanıb.
Sportline.az xəbər verir ki, ikinci yarış günü kişilər arasında -81 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Tçkayev Avstriya təmsilçisi Şamil Borçaşvili üzərində qələbə qazanaraq qızıl medal əldə edib.
Azərbaycan təmsilçisi bundan əvvəl ardıcıl olaraq Aleks Barto (Slovakiya), daha sonra Alan Xubetsov, Alfonso Urqiz Solan (İspaniya), Georgi Qramatikov (Bolqarıstan) və Nurbek Murtozoyevui (Özbəkistan) məğlub edib.
Qeyd edək ki, bundan əvvəl Hidayət Heydərov qızıl medal qazanıb.