Azərbaycanın kişi cüdoçuları qazanılan medallara görə dünyada birinci olub

Cüdo idman növündə 2022-ci ildə beynəlxalq yarışlarda indiyədək ən çox medal qazanan ölkələr bəlli olub.

Azərbaycan Cüdo Federiyasının Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, müxtəlif yaş kateqoriyalarından ibarət kişilərdən ibarət Azərbaycan komandaları 25 qızıl, 16 gümüş və 26 bürünc medala sahib çıxıb.

Nəticədə, Azərbaycan kişilər arasında medal sıralamasında birinci pillədə qərarlaşıb.

Yığma ümumi cədvəldə 27 qızıl, 19 gümüş və 31 bürünc medalla üçüncü olub.