Azərbaycanın paracüdo millisində məşqçi təyinatları olub
Kişilərdən ibarət paracüdo üzrə Azərbaycan millisində yeni məşqçi təyinatları gerçəkləşib.
Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, Azad Zahidov və Emin Beydullayev baş məşqçi İbrahim İbrahimovun köməkçiləri olub.
Qərar 2024-cü il Paris Yay Paralimpiya Oyunlarına səmərəli hazırlıq məqsədilə qəbul edilib.