Azərbaycanın qadın taekvondoçusu Tehranda növbəti medalını qazanıb

İranın paytaxtı Tehranda "President Cup" turnirinə start verilib.

Sportline.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan milli komandası aktivinə bir medal əlavə edib.

53 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçu Patimat Abakarova 3-cü yeri tutub.

Qeyd edək ki, Patimat Abakarova martın 7-də Tehranda G2 kateqoriyalı beynəlxalq "Fajr Open" turnirində də bürünc medal qazanıb.