Azərbaycanın U-21 millisi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununda qələbə qazanıb
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası birinci yoxlama görüşünü keçirib.
Sportline.az xəbər verir ki, U-21 yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununda Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
“Cornelia” Futbol Mərkəzində təşkil olunan matç Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qolları 18-ci dəqiqədə Oruc Məmmədov və 25-ci dəqiqədə Sadiq Şəfiyev vurublar.