Azərbaycanın UEFA reytinqində mövqeyi

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, Avropa Liqasının III təsnifat mərhələsinin görüşlərindən sonra cədvəldə dəyişikliklər olub.

Avropada yalnız bir təmsilçisi qalan Azərbaycanın isə mövqeyi dəyişməyib. 26-cı pillədə qərarlaşan ölkəmizin hesabında 16,250 xal var.

Qeyd edək ki, cədvəlin ilk pilləsində 81,069 xala malik İspaniya qərarlaşıb.