Azərbaycanın voleybol millisi dördüncü oyunda da məğlub olub

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, milli II turun ikinci matçında Şimali Makedoniya komandası ilə üz-üzə gəlib.

Belçikadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0 (25:17, 25:17, 25:18).

Ötən gün meydan sahiblərinə yenilən (0:3) milli Bakıdakı I turda Rumıniya və Ukraynaya da eyni hesabla uduzub. Komanda hazırda sonuncu - 12-ci yerdədir.