Azərbaycanlı azarkeşləri stadiona buraxmadılar

Millimizin Dohada Qətər yığması ilə oyununa gələn azərbaycanlı azarkeşlər problemlə üzləşib. 

SportLine.az-ın AFFA-nın “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, komandamızı dəstəkləmək üçün Şeyx Cassim ibn Hamad adına stadionuna gələn azarkeşlər içəri buraxılmayıblar.

Səbəb olaraq oyunun ictimaiyyətə tam qapalı olaraq keçirilməsi bildirilir.