Azərbaycanlı futbolçu Nepal çempionu oldu
Azərbaycanlı hücumçu Nurlan Novruzovun çıxış etdiyi “Maçhindra” ilə Nepal çempionu olub.
Sportline.az xəbər verir ki, komanda “Satdobato"ya 1:0 hesabı ilə qalib gəlib və yarışın bitməsinə 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Görüşdə yeganə qolu N.Novruzov vurub.
Bundan başqa, 28 yaşlı hücumçu turnirin ən dəyərli oyunçusu seçilib.