Azərbaycanlı futbolçu Polşa klubunda
Yunanıstanın "Olimpiakos" (Volos) klubuna keçəcəyi gözlənilən azərbaycanlı futbolçu Nazim Bağırov karyerasını Polşada davam etdirəcək.
Sportline.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bu ölkənin "Podlasiye" klubuna transfer olub. Gənc futbolçu III Liqa təmsilçisi ilə 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Bakı"nın yetirməsi olan Nazim Bağırov "Neftçi-2"də və Gürcüstanın "Şaverdeni" klubunda çıxış edib.