Azərbaycanlı futbolçunun klubu baş məşqçisini qovub

Rusiya Premyer Liqasında mübarizə aparan "Ximki" İqor Çerevçenkonu baş məşqçi postundan istefaya göndərib.

Spotline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Çerevçenko ilə bərabər köməkçiləri də komandanı tərk edib.

Hazırda "Ximki" 18 oyundan 14 xalla sonuncu - 16-cı pillədə gedir. Rusiya Premyer Liqasında mövsümün ikinci yarısına fevralın 26-da start veriləcək.

Qeyd edək ki, "Ximki"də əslən azərbaycanlı futbolçu İlya Sadıqov da forma geyinir.