Azərbaycanlı hakimdən 7 cəza

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasnın 4-cü tur oyununu idarə edib.
 
Sportline.az xəbər verir ki, o, Bolqarıstan - Uels matçının baş hakimi olub. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ə.Ağayev Bolqarıstandan 3, Uelsdən 4 futbolçu olmaqla ümumilikdə 7 sarı vərəqə göstərib.
 
Qeyd edək ki, Ə.Ağayevə bu qarşılaşmada  Zeynal Zeynalov və Akif Əmirəli köməklik edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.