Azərbaycanlı məşqçi "Spartak"ın düşərgəsində

"Spartak"ın sabiq futbolçusu Aleksandr Samedov Moskva klubunun düşərgəsinə qayıdıb.

Sportline.az xəbər verir ki, azərbaycanlı əsilli veteran futbolçu klubun düşərgəsində məşqçilik kursu keçəcək.

O, TASS-a verdiyi açıqlamasında təcrübə üçün sabiq komandasını seçməsinin təsadüf olmadığını bildirib.

Samedov, "Digər variantlarla bağlı heç düşünmədim də. "Spartak" rəhbərliyinə müraciətimi müsbət qarşıladığına görə minnətdarlığımı bildirirəm", - deyib.

Qeyd edək ki, futbolçu karyerasını bitirdikdən sonra bir müddət "Lokomotiv"də seleksioner kimi fəalliyə göstərən Aleksandr Samedov, hazırda eyni vəzifəni "Fakel"də daşıyır.

O, müvafiq lisenziyaları aldıqdan sonra məşqçiliyə bağlamaq niyyətindədir.