"Azərreyl" "Murov"a, UNEC "Abşeron"a qarşı

Bu gün Bakı Voleybol Mərkəzində qadın komandalar arasında Azərbaycan çempionatında III turun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, ilk olaraq “Murov” və “Azərreyl” üz-üzə gələcək.

Ardınca isə meydan UNEC-lə “Abşeron”un ixtiyarına veriləcək. 

III tur
12:00 "Murov" - "Azərreyl"
18:00 UNEC – "Abşeron"

Xal durumu: "Azərreyl" - 6 xal (set fərqi: 6:0), "Murov" - 6 (6-1), "Abşeron" - 0 (1-6), UNEC - 0 (0-6).