"Azəryol" çətin sınaq qarşısında

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab görüşlərinə start veriləcək. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən “Azəryol” ilk oyun günündə meydana çıxacaq.

Aleksandr Çervyakovun yetirmələri Rumıniyada 0:3 hesabı ilə uduzduğu “Tarqovitse”ni qəbul edəcək. “Azəryol”un matçı “Qızıl set”ə daşıması üçün qələbə qazanması vacibdi. Təbii ki, burada yalnız 3:2 hesablı qalibiyyət rumınların işinə yarayacaq. Komandamız qonaqları 3:0 və ya 3:1 hesabı ilə məğlub edərlərsə, hər şeyə “Qızıl set”də aydınlıq gələcək.

CEV kuboku
1/16 final mərhələsi, cavab oyunu

10 noyabr

18:00. “Azəryol” (Azərbaycan) – “Tarqovitse” (Rumıniya)

Hakimlər: Lyubomir Sirakov (Bolqarıstan), Kirill Nesterenko (Rusiya)

Bakı, “Azərreyl” İdman Bazası

İlk oyun: “Tarqovitse” (Rumıniya) - “Azəryol” (Azərbaycan) - 3:0 (25:19, 25:19, 30:28)