"Azəryol" finala yüksəldi

Bu gün həndbol üzrə Azərbaycan kuboku yarışında yarımfinal mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə əvvəlcə qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları meydançaya çıxıb. “AHF Arena”da keçirilən görüşün ilk hissəsi nominal qonaqların 3 xallıq üstünlüyü ilə yekunlaşıb - 17:13.

Fasilədən sonra da təşəbbüsü əldən verməyən “Azəryol” matçı 35:26 hesablı qələbə ilə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

Digər finalçı sabah keçiriləcək “Kür” – “İdman Akademiyası” görüşündə müəyyənləşəcək.