Azərbaycanda futbol klubunun prezidenti istefa verdi
II Liqa təmsilçisi “Quba”nın prezidenti Ayaz Abdullayev vəzifəsindən gedib.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rəsmi açıqlamada bunlar qeyd edilib:
“Məlumatınıza çatdırırıq ki, Ayaz Abdullayev “Quba” PFK-da fəaliyyətini başa vurmuşdur.
Onun rəhbərliyi dövründə klub qısa müddətdə böyük inkişaf yolu keçmişdir.
Komanda Region Liqasından II Liqaya yüksəlmiş, ötən mövsüm pley-off mərhələsinə vəsiqə qazanmış, bu mövsüm isə çempionatın ilk üçlüyündə qərarlaşaraq mühüm nəticələr əldə etmişdir.