Babel "Neftçi" ilə oyundan danışıb

"Uzun fasilədən sonra ilk matçıma çıxdım. Bunun üçün minnətdaram". 

Sportline.az xəbər verir ki, bu fikirləri "Qalatarasaray"ın futbolçusu Rayan Babel "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının II təsnifat mərhələsi matçından sonra deyib. 

33 yaşlı niderlandlı forvard yavaş-yavaş formaya düşdüyünü bildirib. Babel "Neftçi" ilə matçda komanda olaraq yaxşı iş gördüklərini söyləyib. 

Qeyd edək ki, Rayan Babel matça start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. "Ağ-qaralar"ı Avropa Liqasından kənarlaşdıran "Qalatasaray" III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" (Split) klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 24-də olacaq.