Bak Şəhər Halqasından paytaxt sakinlərinə müraciət

Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri davam edir. Sportline.az xəbər verir ki, marşrutun keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılma işləri aparılır. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin məlumatına görə, trekin Xəqani küçəsi, Bülbül prospekti və Zərifə Əliyeva küçəsindən keçən hissəsində martın 28-dən aprelin 2-dək hər gün gecə saatlarında (saat 22:00-dan 06:00-dək) baryer quraşdırma işləri aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddət ərzində trekin bu hissəsində avtomobillərini saxlamamaları xahiş olunur. Əks halda, işin fasiləsiz gedişatına maneəçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın küçə və ya ərazidəki parklanma yerlərinə aparılacaq.

Qeyd edək ki, Formula 1-də yeni mövsümə martın 26-da Avstraliyanın Melburn şəhərində start verilib. Azərbaycan Qran Prisi 23 - 25 iyunda paytaxt küçələrində keçiriləcək.