Bakıda Dünya kuboku başlanır

Bu gün Bakıda atıcılıq üzrə Dünya Kuboku yarışı başlanır.

Sportline.az xəbər verir ki, saat 11:30-da turnirin açılış mərasimi təşkil olunacaq.

Ardınca seçmə mərhələ yarışları başlanacaq.

İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 703 idmançı iştirak edəcək.