Bakıda stolüstü tennis üzrə beynəlxalq turnir keçirilir
Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq stolüstü tennis turniri start götürüb.
Sportline.az xəbər verir ki, yeniyetmələrin stolüstü tennis üzrə beynəlxalq turnirinin açlışında Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev və Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Onların sözlərinə görə, ildən ilə stolüstü tennisə marağın artması bu sahədə görülən işlərin düzgünlüyündən xəbər verir.
Beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Latviya nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, 15 yaşadək stolüstü tennisçilərin mübarizə apardığı yarışa mayın 3-də yekun vurulacaq.