Bakıda tarix yazan ukraynalı gözəldən maraqlı addım
Ukraynalı məşhur qadın cüdoçu, ikiqat dünya və ikiqat Avropa çempionu Dariya Bilodid maraqlı qərarla diqqət çəkib.
Sportline.az xəbər verir ki, titullarını 48 kq-da qazanan 20 yaşlı idmançı birdən-birə iki çəki dərəcəsi yuxarıda mübarizə aparmaq qərarı verib. Belə ki, Bilodidin adı aprelin 29-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatının qeydiyyat siyahısında 57 kq-da yarışacaq idmançılar arasında yer alıb.
Qeyd edək ki, Dariya Bilodid ilk dünya çempionluğunu 2018-ci ildə Bakıda qazanıb. Həmin vaxt 17 yaş 345 günlüyündə olan idmançı bununla tarixə cüdo üzrə ən gənc dünya çempionu kimi düşüb. O, həmçinin Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.