Bakıdakı dünya çempionatının medalları təqdim olunub

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının medalları təqdim olunub.

Bu barədə Sportline.az-a Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Mükafatların üzərində mundialın loqotipi həkk edilib.

Dünya çempionatı mayın 22-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında olacaq.