Balayevin komandası yeni mövsümə heç-heçə ilə başladı

Qazaxıstan Premyer Liqasında yeni mövsümə start verilib.

Sportline.az xəbər verir ki, millimizin üzvü Emil Balayevin çıxış etdiyi "Turan" ilk turda  "Taraz"ı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.

E.Balayev sözügedən görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.