Balayevsiz "Turan" qələbə qazandı

Qazaxıstan Premyer Liqasında 7-ci turun oyunları olub.

Sportline.az xəbər verir ki, millimizin üzvü  Emil Balayevin çıxış etdiyi "Turan" səfərdə "Kayrat"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Zədəsini sağaltdıqdan sonra ilk dəfə adı iştirak ərizəsinə daxil edilən 28 yaşlı qapıçı sonadək ehtiyatda qalıb. Beləliklə, Emilin yeni klubunda debütü yenə alınmayıb. 

Hazırda "Turan" 6 xalla  14 komanda arasında 11-ci pillədədir.