Balotellinin yeni komandası
İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli B Seriyası təmsilçisi "Monza"ya transfer olunub.
Sportline.az xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. O, yeni klubuna azad agent kimi keçib. 30 yaşlı oyunçu ilə 2021-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Balotelli ötən mövsüm A Seriyası təmsilçisi "Breşiya"da oynayıb. O, 2019/2020 mövsümündə İtaliya çempionatının 19 matçında 5 qol vurub.