Banişevskisiz 25 il…
Bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin vəfatından 25 il ötür.
Banişevski uzun sürən xəstəlikdən sonra, 51 yaşında vəfat etmişdi.
Onunla vida mərasimi, 25 il əvvəlin bu günü - 1997-ci dekabrın 10-da hazırkı Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilmişdi. Şəkildə Banişevskinin cənazəsinin ətrafında duranlar AFFA-ın o vaxtkı rəhbərləridir. Üzü görünən iki şəxs isə qurumun vitse-prezidentləridir. Biri Oqtay Zeynalov, digəri sonradan Hacı Məmmədovun (sonradan ömürlük həbsə məhkum olunmuşdu) sifarişi ilə qətlə yetiriləcək “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovdur (soldan birinci)...
