Baqa "Sumqayıt"a onunla gəlir

“Sumqayıt”ın yeni təyin edilmiş baş məşqçisi Aleksey Baqa bu gün ölkəmizə gələcək.

Sportline.az xəbər verir ki, belaruslu məşqçinin “Sumqayıt”dakı köməkçiləri bəlli olub.

Məlumata görə, 40 yaşlı məşqçi özü ilə 1 köməkçisini Azərbaycana gətirəcək.

Söhbət əvvəlki klublarında da Baqanın köməkçisi kimi çalışmış ukraynalı mütəxəssis Vitali Tarasenkodan gedir.

​Baqanın digər köməkçiləri isə yerli mütəxəssislər olacaq.