Barış Alper Yılmaz İtaliya nəhənginə keçə bilər
“İnter” Barış Alper Yılmaz üçün rəsmi təklif göndərib.
Sportline.az xəbər verir ki, İtaliyanın nəhəng klubu “İnter” Türkiyə millisinin və “Qalatasaray”ın cinah oyunçusu Barış Alper Yılmazın transferi üçün rəsmi təklif göndərib.
Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, “Qalatasaray” rəhbərliyi 25 yaşlı futbolçu üçün minimum 35 milyon avro gəlir əldə etmək niyyətindədir.
İstanbul təmsilçisi oyunçunun transferi ilə bağlı danışıqlara açıq olsa da, bu məbləğdən aşağı təklifləri dəyərləndirməyəcək.