"Barsa" çempion!

İspaniya La Liqasında 2015/2016 mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, son turda "Qranada" üzərində qələbə qazanan "Barselona" zirvədəki yerini qoruyub. Katalonların ən yaxın izləyicisi - Madrid "Real"ı La Korunya səfərində "Deportivo"nu üstələsə də, qazanılan 3 xal, yalnız 2-ci pillədəki mövqeyi möhkəmlətməyə kifayət edib.

Qeyd edək ki, bu, "Barselona"nın La Liqada 24-cü çempionluğudur.

14 may 2016
La Liqa, 38-ci tur


"Qranada" - "Barselona" - 0:3
QOLLAR:
Suarez, 22; 38; 86

"Deportivo" - "Real" - 0:2
QOLLAR:
Ronaldo, 7; 25