"Barsa" fransalı futbolçunu heyətinə qatdı

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Barselona" heyətini gücləndirməkdə davam edir. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı Samuel Umtitini heyətinə qatıb. 

Ötən mövsümü "Lion"da keçirən futbolçu ilə 5 il müddətinə razılığa gəlinib. 22 yaşlı müdafiəçinin keçidi katalonlara 22 milyon avroya başa gəlib.

Qeyd edək ki, 2011-2016-cı illərdə "Lion"da çıxış edən Umtiti keçirdiyi 131 oyunda 3 qol vurub.