"Barsa" "Mançester Yunayted"in futbolçusuna elçi düşdü

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Barselona” daha bir futbolçunu heyətinə qatmaq niyyətindədir. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, katalonlar “Mançester Yunayted”in şərəfini qoruyan Matteo Darmianın xidmətində maraqlıdır. Artıq ispan klubu “Qırmızı şeytanlar”a rəsmi təklif ünvanlayıb. İtaliyalı futbolçunun keçidi üçün “Barsa” 16 milyon funt-sterlinq ödəməyə hazır olduğunu bildirib.