"Barsa"dan çətin zəfər
İspaniya "Kral kuboku"nda 2015/2016 mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici matçda "Barselona" və "Sevilya" komandaları üz-üzə gəlib. Qarşılaşma, gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçib. Əsas vaxtda qalib olmadığından əlavə vaxt oynanılıb. Burada isə "Barselona" sevinib.
Xatırladaq ki, katalanlar bu mövsüm La Liqada da çempionluq sevinci yaşayıblar.
22 may 2016
Kral kuboku
FİNAL
"Barselona" - "Sevilya" - 0:0
ƏLAVƏ VAXT: 2:0
QOLLAR: Alba, 97 (1:0); Neymar, 120+3
QIRMIZI VƏRƏQƏLƏR: Maskerano, 37 ("Barselona") - Ever Baneqa, 90+2; Daniel Karriso, 120+2 (Hər ikisi "Sevilya")