"Barselona" almaniyalı futbolçu ilə razılıq əldə edib
"Barselona" "Borussiya Dortmund"un hücumçusu Kərim Adeyeminin transferi üçün danışıqları davam etdirir.
Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi alman futbolçu ilə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib. Hazırda tərəflər arasında əsas problem transfer məbləği ilə bağlıdır. Məlumata görə, "Borussiya Dortmund" 24 yaşlı vinger üçün təxminən 40 milyon avro tələb edir.
"Barselona" isə Adeyeminin müqaviləsinin son ilinə qədəm qoymasını nəzərə alaraq bu məbləği yüksək hesab edir və daha aşağı qiymətə razılıq əldə etməyə çalışır.
Qeyd edək ki, almaniyalı futbolçu ötən mövsüm oyunlarda 10 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.