"Barselona" almaniyalı futbolçunu transfer edə bilər
"Barselona" müdafiə xəttini gücləndirmək istəyir.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, İspaniya klubu "Bayer 04" forması geyinən Conatan Tanı gündəminə alıb.
Ötən mövsüm Leverkuzen klubu ilə Bundesliqa çempionluğu yaşayan Ta 48 oyunda 6 qol və 1 asistlə yadda qalıb.
2016-cı ildən Almaniya millisinə dəvət alan 28 yaşlı müdafiəçi 29 oyunda iştirak edib.
Qeyd edək ki, Transfermarkt portalında oyunçunun transfer dəyəri 30 milyon avrodur.