“Barselona” almaniyalı müdafiəçini transfer etmək istəyir

“Barselona” klubu “Borrusiya Dortmund”da öz performansı ilə bir sıra top klubların diqqətini çəkən almaniyalı müdafiəçi Niko Şlotteberqi transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, sözügedən futbolçu yaxın zamanda Almaniya klubu ilə imzaladığı yeni müqavilədə 60 milyon avroluq sərbəst qalma maddəsinə sahibdir və bu bənd yalnız seçilmiş klublara o cümlədən “Barselona “ üçün keçərlidir.

"The Full Time 90" nəşrinin məlumatına görə, klubun idman direktoru Deko bu maddədən tam məlumatlıdır və baş məşqçi Hansi Flikdə Şlotorberki “Barselona”ya müdafiə transferinə uyğun görür və hətta Flik futbolçu ilə “Barselona” layihəsi barədə şəxsən danışıb və müdafiəçinin Kataloniya klubuna qoşulmaq fikrinə müsbət yanaşdığı bildirilir.

Almaniyalı mütəxəsis Şlotterberki stopper mövqeyi üçün üstün seçim hesab etdiyi vurğulanır.

Banner