"Barselona" "Atletik Bilbao" ilə razılaşıb

"Barselona" "Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyamsı heyətinə qatmağa yaxındır.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Uilyams "Bilbao"dan transfer olmaq istədiyini klub rəhbərliyinə bildirib.

22 yaşlı futbolçu Kataloniya klubu ilə 6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Niko Uilyams ötən mövsüm meydana çıxdığı 45 matçda 11 qol 7 məhsuldar ötürmə müəllifi olub.

Onun "Atletik"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.